Saleh Məmmədov Masallı və Yardımlı sakinlərini qəbul edəcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov Masallıda vətəndaşları qəbul edəcək.
Xeberoxu.Az bu barədə məlumatı bu gün verir.
22 sentyabr saat 11:00-da Masallı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək qəbulda Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbula yazılmaq istəyənlərin Masallı rayonu “47 №-li Yol İstismarı” və Yardımlı rayonu “51 №-li Yol İstismarı” MMC-lərdə öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Qeyd edək ki, vətəndaşlar qəbula şəxsiyyətlərini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.