Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sarıkökün qaraciyərə mənfi təsirləri nələrdir?


  • 0
Sarıkökün qaraciyərə mənfi təsirləri nələrdir?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sarıkökün qaraciyərə mənfi təsirləri nələrdir?

ABŞ Sağlıq İnstitutu sarıkökün qaraciyər toxumasına ölümcül zərər verə biləcəyini açıqlayıb.

 Xəbvəroxu.Az xəbər verir ki, həkimlər bu ədviyyatla əlaqəli onlarla qaraciyərin zədələnməsini aşkarlayıblar. 

Həkimlər və tədqiqatçılar, heç bir sağlamlıq problemi olmayan 49 yaşlı qadının gündəlik sarıkök qəbulu səbəbi ilə qəflətən qusmasına şahid olublar. 
Bundan əlavə, xəstənin gözlərinin və dərisinin ağları sarıya çevrilib. Bu da qaraciyərin zədələnməsinin xarakterik əlamətidir. Nəticədə xəstə həkimə müraciət edərək müalicəyə başlayıb. 

Alimlər bildirirlər ki, oxşar hallar müxtəlif xəstəxanalarda qeydə alınıb. Bununla bütün xəstələrin gündəlik olaraq sarıkökdən istifadə etdikləri məlum olub.  

Onlardan bəziləri səhərlər bir qaşıq sarıkök ilə su içiblər, bəziləri sarıkökdən hazırlanmış detoksdan istifadə ediblər.

Nəticədə belə vərdişləri olan bütün xəstələrdə eyni simptomlar - qusma, qarın ağrısı və göz ağlarının saralması halları aşkarlanıb. 

Araşdırma göstərib ki, belə xəstələrin qaraciyəri qırmızı qan hüceyrələrinin təbii parçalanması zamanı əmələ gələn bilirubinin emalını dayandırıb.

O da qeyd edilib ki, insanların çoxu sarıkökü bədənə heç bir mənfi təsir göstərmədən də istifadə edə bilər. Bu əsasən insanların genetik fərqlilikləri ilə bağlıdır.

Son Xəbərlər