Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilir


  • 0
Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilir

Tblisidə Beynəlxalq Gənclər Forumu keçirilir.

Xeberoxu.Az  xəbər verir ki, paytaxt Tblisidə gənc soydaşlarımız Beynəlxalq Gənclər forumunda bir araya gəliblər.

Tədbirdə Gənclər təşkilatları nümayəndələri, QHT rəhbərləri, universitet gəncləri, Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi, DATÜB və ATVİB Gənclər Təşkilatı üzvləri və digər qonaqlar iştirak edir.

Azərbaycanda yaşayan Axıska Türklərinin "Vətən" İctimai Birliyinin sədr müavini Mövlud Işıkın sözlərinə görə, "Mədəni Diplomatiya" adlı tədbirin əsas məqsədi axıska türklərinin tanıdılması, Gürcüstandakı multikulturalizm mühitində yaşayan soydaşlarımızın bir araya gətirilməsi, tələbə gənclərin cəmiyyətə inteqrasiyası, təhsil alan gənclərin problemlərinin ortaya çıxarılması, axıskalı və azərbaycanlı gənclərin gələcəkdə ortaq layihələr həyata keçirməsinin yollarını axtarmaqdır.

O bildirib ki, qarşıdakı illərdə Axalsike şəhərində Türkiyə, Azərbaycan və Gürcüstandan qatılan gənclərin iştirakı ilə daha böyük miqyasda tədbirin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir QHT Agentliyinin maliyyə dəstəyi, Azərbaycanda yaşayan Axıska Türklərinin "Vətən" İctimai Birliyinin təşkilatçılığı, Alyans Gənclər Mərkəzi və DATÜB Gənclər Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Son Xəbərlər