Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ülviyyə Alovlu 5 aydır axtarışda imiş -FOTO


  • 0
Ülviyyə Alovlu 5 aydır axtarışda imiş -FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ülviyyə Alovlu 5 aydır axtarışda imiş -FOTO

Mayın 16-sı saytımızda dərc olunan “Ülviyyə Alovlu axtarışa verildi” başlıqlı xəbərdən sonra ictimai fəal Ülviyyə Alovlu həmin məlumatı sosial şəbəkələrdə təkzib edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, saytın əməkdaşlarını ağır söyüşlərlə təhqir edərək barəsində heç bir axtarış qərarı olmadığını bildirib.

Vətəndaşın təkidlə axtarış qərarının surətini istəməsini nəzərə alaraq, sözügedən sənədin fotosunu təqdim edirik. Bildirək ki, Ü.Alovlu ilə bağlı ilk axtarış qərarı bir neçə ay əvvəl, daha dəqiq 5 dekabr 2022-ci ildə çıxarılıb. Qərar üzrə həmin tarixdən etibarən Bakı Şəhər Baş Polis İdarəsinə bildirişlər göndərilib.

Bundan başqa, Ülviyyə Alovlunun feysbukda “axtarışa veriləndə icraat dayandırılır və axtarış barədə Qərardad çıxarılaraq polisə yönləndirilir” fikirlərinə cavab olaraq qeyd edək ki, cinayət təqibi üzrə icraatın dayandırılması və cinayət təqibi üzrə icraatın başa çatdırılması ayrı-ayrı detallardır.

Cinayət Prosessual Məcəlləsinin (CPM) 53-cü maddəsinə əsasən, cinayət təqibi üzrə icraat təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə və haqqında axtarış elan edildikdən sonra dayandırılır. Cavabdeh şəxs tapılıb məhkəməyə gətirilənə kimi məhkəmə baxışları hər dəfə təxirə salınaraq yeni tarixə təyin edilir. Başqa sözlə izah etsək, şəxs məhkəməyə gəlmirsə, avtomatik olaraq onun ifadəsini dinləmək, sübutlarını tədqiq etmək mümkün olmur və nəticə etibarilə hakimlər icraatı dayandırır. Şəxs məhkəməyə gəlib çıxana qədər iclaslar mütəmadi olaraq təxirə salınır.

Maraqlıdır ki, bu iş üzrə Ü.Alovlu barəsində hələ ötən ilin aprelində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılmış, həmin vaxt bu xəbər bir çox media orqanlarında yayımlanmışdı. Aydın məsələdir ki, barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılan şəxsin məhkəməyə gətirilməsi mümkün olmursa, məntiqi olaraq onun barəsində axtarış elan edilir. Polis həmin şəxsi tapıb məhkəməyə gətirənə kimi icraat dayandırılır və o, məhkəməyə gəldikdən sonra davam etdirilir.

Qəribədir ki, hər gün sosial şəbəkədə status paylaşan Ülviyyə Alovlunu tapıb məhkəməyə gətirmək aylardır müşkülə çevrilib. Əvəzində isə haradan aldığı bilinməyən cəsarətlə bu haqda xəbər yazan jurnalistləri ən ağır söyüşlərlə təhqir edir, üstəlik də cəzasız qalır.

Qeyd edək ki, məhkəmədə digər tərəf olan Xalq artisti Flora Kərimova da sosial şəbəkədə artıq axtarış qərarı ilə bağlı sənədi paylaşıb.

Xatırladaq ki, iş üzrə növbəti proses iyunun 7-nə təyin olunub.


Son Xəbərlər