Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Uzaq səfərə çıxan sürücülərin NƏZƏRİNƏ: İstirahət üçün yerlər ayrıldı


  • 0
Uzaq səfərə çıxan sürücülərin NƏZƏRİNƏ: İstirahət üçün yerlər ayrıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Uzaq səfərə çıxan sürücülərin NƏZƏRİNƏ: İstirahət üçün yerlər ayrıldı

İsti hava şəraiti ilə bağlı uzaq yol qət etmək məqsədilə magistral yollara çıxan sürücülərin istirahəti üçün yol polis postlarında şərait yaradılıb.

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev deyib.

O bildirib ki, respublika əhəmiyyətli bütün avtomobil yollarındakı stasionar postlarda sürücülərə bu cür şərait təklif olunur:

"Sürücülər səfərə çıxmazdan əvvəl ilk öncə avtomobilin texniki sağlığına nəzarət etməlidir. Soyuducu sistemi olmayan və ya işlək vəziyyətdə olmayan avtomobillərlə sürücülər mümkün qədər günün nisbətən sərin vaxtlarında yola çıxması məsləhətdir. Hərəkət zamanı avtomobilin təhlükəsizlik kəmərlərindən təkcə sürücü deyil, avtomobildə olan sərnişinlər də istifadə etməlidir Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, əyləc sisteminin qəfil sıxılması və ya hər hansı toqquşma zamanı insan həyatını təhlükədən qoruyur.

Bununla yanaşı, səfərə çıxan sürücü ən azı bir sutka əvvəldən spirtli içki qəbul etməməlidir. Yuxusuz və yorğun sürücülərin yol çıxmaması məsləhət görülür. Sürücü uzaq səfərə çıxırsa, 3-4 saatdan bir avtomobili saxlamalı və istirahət etməlidir. Bunun üçün respublika əhəmiyyətli avtomobil yollarındakı Baş Dövlət Yol Polisinin stasionar postlarında şərait yaradılıb. Hər bir sürücü bu şəraitdən istifadə edə bilər".

Son Xəbərlər