Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Xalq artisti Arif Məlikovun anım günüdür


  • 0
Xalq artisti Arif Məlikovun anım günüdür
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Xalq artisti Arif Məlikovun anım günüdür

Bu gün Xalq artisti Arif Məlikovun anım günüdür. Bəstəkarın vəfatından artıq 4 il ötür. 

 Xəbəroxu.Az xəbər verir ki, Arif Cahangir oğlu Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib.

Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb.

Bəstəkar əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilib.

Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfonistdir. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirmişdir.

Arif Məlikovun əsərləri Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstan kimi dünyanın bir çox ölkələrində ifa olunub. 

Arif Məlikov Sehrli xalat (film, 1964), İyirmialtılar (film, 1966), Məhəbbət əfsanəsi (film, 1969), Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) -bəstəkar, dirijor, Hacı Qara (film, 2002), Dağlı çörəyi (film, 2007), Maestro (film, 2002) kimi ekran işlərində səsləndirilən majnıların bəstəkarı olub. 

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Arif Məlikov 1979-cu ildə professor adına layiq görülüb. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyib.

Bəstəkar 2019-cu ilin bu günü, yəni mayın 9-da 86 yaşında vəfat edib. Arif Məlikov I Fəxri Xiyabanda dəfn olunub. /// baku.ws

Son Xəbərlər