Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Yutub şirkəti “Stories” funksiyasını dayandırır


  • 0
Yutub şirkəti “Stories” funksiyasını dayandırır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Yutub şirkəti “Stories” funksiyasını dayandırır

Yutub şirkəti “Stories” (“Tarixcə”) funksiyasının dəsdəklənməsini dayandırdığını bildirib. 

 Xəbəroxu.Az “The Verge” portalına istinadla xəbər verir ki, iyunun 26-dan sonra istifadəçilər paylaşım edə bilməyləcəklər, mövcud materialların qüvvədə olma müddəti isə yeddi gündən sonra bitəcək.

“Stories” ilk dəfə 2017-ci ildə “Reels” adı ilə təqdim olunmuşdu və 10 mindən çox abunəçisi olan istifadəçilər üçün əlçatan idi. Yutub kanallarının sahibləri öz kontentlərinin təşviqi üçün çəkilişlər və ya həyatları barədə yeddi gün ərzində əlçatan olan kiçik videolar paylaşa bilirdilər.

Lakin bu funksiya blogerlər arasında çox da populyar deyildi, hətta yutub özü onun təşviqi üçün kifayət qədər diqqət yetirməyib. Onların məqsədi ondan ibarətdir ki, yaradıcılar bunun əvəzinə platformanın digər funksiyaları vasitəsilə “İcma” və ya “Shorts” bölümlərində mətn paylaşsınlar.

Son Xəbərlər