Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Zaqatalada ölmüş adam nikaha necə daxil edilib? - POLİSDƏN AÇIQLAMA


  • 0
Zaqatalada ölmüş adam nikaha necə daxil edilib? - POLİSDƏN AÇIQLAMA
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Zaqatalada ölmüş adam nikaha necə daxil edilib? - POLİSDƏN AÇIQLAMA

Daxili İşlər Nazirliyi Zaqatalada ölmüş şəxslərin nikaha daxil edilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Xəbəroxu.Az-a bildirilib ki, Zaqatala rayonunun Göyəm kənd sakini Qurban Məmmədovun ölümlə hədələnməsi barədə etdiyi müraciət əsasında polis şöbəsində araşdırma aparılıb:  
"Qurban Məmmədov, arvadı və şikayət etdiyi Ramin Şərifovun izahatları alınıb. Araşdırma zamanı məlum olub ki, R.Şərifov Q.Məmmədovun atası Laçın Məmmədovla notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq ona məxsus 81 sot torpaq sahəsini alıb. Tərəflər arasındakı torpaq mübahisəsi ilə bağlı müraciətlərə Zaqatala Rayon Məhkəməsində, daha sonra isə Şəki Apellyasiya Məhkəməsində də baxılıb və R.Şərifovun xeyrinə qərar qəbul edilib.  

O, ifadəsində torpağın ona məxsus olduğunu təsdiq edən məhkəmə qərarının olmasına baxmayaraq Q.Məmmədovun onunla davamlı şəkildə mübahisə etdiyini, həmin torpaq sahəsində işləməyə imkan vermədiyini bildirib. Şikayətçinin isə ölümlə hədələnməsi barədə iddiaları öz təsdiqini tapmadığından cinayət işi başlanılmayıb.Tərəflər arasındakı mübahisə predmeti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə olunub. 

2017-ci ildə vəfat edən Fatimat Xaşalovanın Laçın Məmmədovla nikah bağlaması məsələsinə gəlincə isə Zaqatala Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş məktub əsasında onun şəxsiyyət vəsiqəsi 2014-cü ildə fəaliyyətsizləşdirilib". 

Son Xəbərlər