Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

25 il əvvələ qayıdacaq


  • 0
25 il əvvələ qayıdacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

25 il əvvələ qayıdacaq

Xəbər verdiyimiz kimi, iyunun 4-də Heydər Əliyev Sarayında şair-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçiriləcək.


Axşam.az-ın məlumatına görə, gecəyə hazırlıqlar davam edir. Məşq prosesslərindən daha bir video yayımlanıb. Videoda Əməkdar artist Mətanət İsgəndərlinin "Dünya quraq" mahnısını ifa etməsi yer alıb. Müğənni 25 il əvvəl oxuduğu mahnını bu dəfə Rəvan Qacayevlə duet şəklində səsləndirəcək. 

Gecənin aparıcılığı Leyla Quliyevaya həvalə edilib. Konsert üçün səhnə də xüsusi qurulacaq.

Konsertdə Xalq artistləri Mələkxanım Eyubova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Röya Ayxan, Əməkdar artistlər Mətanət İsgəndərli və başqaları iştirak edəcəklər. Əməkdar artistlər Fərqanə Qasımova, Abbas Bağırov, müğənnilər Dilarə Kazımova, Elnur Hüseynov və Pərviz Abdullayev ilk dəfə Xanım İsmayılqızının bəstələrini oxuyacaqlar.

Sənətçiləri səhnədə Nərgiz Əliyevanın rəhbərlik etdiyi Royal Strinq Orkestrı və drijor Mustafa Aşurov müşayiət edəcək. 

Konsertin rejissoru Nail Naiboğlu, informasiya dəstəyi isə Axşam.az saytıdır.

Son Xəbərlər