Gündəlik məzənnə

2 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Avroviziya 2024" biletləri bu qiymətə satılacaq


  • 0
"Avroviziya 2024" biletləri bu qiymətə satılacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Avroviziya 2024" biletləri bu qiymətə satılacaq

Xəbər verdiyimiz kimi, 68-ci "Avroviziya" mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.


Xeberoxu.az - ın  məlumatına görə, müsabiqənin biletləri noyabrın 28-i yerli saatla 10:00-da satışa çıxarılacaq. Biletlərin qiyməti 145 İsveç kronu (təxminən 24 manat) olacaq. Yarışın keçiriləcəyi ümumilikdə 9 gün üçün nəzərdə tutulan biletləri ticketmaster.se saytından əldə etmək mümkün olacaq.

Biletin günündən və kateqoriyasından asılı olaraq qiymət 145-3795 İsveç kronu (24-619 manat) arasında dəyişəcək.

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları 7 və 9 may, finalı isə 11 may tarixlərində keçiriləcək. 

Qeyd edək ki, hazırda müsabiqədə Azərbaycanı təmsil edəcək iştirakçı və mahnı seçimləri keçirilir. 

Ötən il müsabiqədə Mərakeş əsilli isveçli müğənni Lorin "Tatoo" mahnısı ilə qalib olub. Bu, onun yarışmadakı ikinci uğuru idi. Lorin 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində də qalib olmuşdu.



Son Xəbərlər