Samirə Əfəndi yeni "De Varmı" adlı mahnısını yayımlayıb
Efendi ayrılıqdan bəhs edən”De varmı” adlı son kompozisiyasında daxili dünyasının dərinliklərini açır.
Xeberoxu.Az xəbər verir ki, Azərbaycanı 2020 və 2021-ci illərdə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş müğənni Efendi Noyabr ayının 10-da yeni, “De varmı” adlı musiqi kompozisiyasını bütün aparıcı musiqi platformalarında təqdim edib. Mahnının bəstəkarı Cəmil Məmmədli, söz müəllifi isə Orxan Zeynallıdır.
Qeyd edək ki, Samirə Əfəndi ölkəmizi Avroviziya 2020-də "Cleopatra", Avroviziya 2021-də isə "Mata Hari" adlı ifası ilə təmsil edib.
Niyaz Hacıyev