Təranə Səmədovanın şikayəti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
xeberoxu.az bildirir ki, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında
həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.