Gündəlik məzənnə

11 Fevral 2025
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Xalq artisti Afaq Bəşirqızı gənc komediya aktyorlarının fəaliyyətindən danışıb.


  • 0
Xalq artisti Afaq Bəşirqızı gənc komediya aktyorlarının fəaliyyətindən danışıb.
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Xalq artisti Afaq Bəşirqızı gənc komediya aktyorlarının fəaliyyətindən danışıb.

Xeberoxu.az bildirir  ki, bu barədə o, “Pərvizə görə”də açıqlama verib. 
O gənclərdən bəyəndiyi simaların adını açıqlayıb:

“Tahirlə Cabir Süleyman əmimim nəvələridir. Rafaellə Coşqun da mənim üçün başqa aləmdir. Onlar da doğmadırlar, bunlar da. Aralarında fərq qoymaq istəmirəm. Özü də fərqli rolları var. “Planet Parni İz Baku”da satira güclü və kəskindir. Rafaellə Coşqunda isə problemlər xalqın dili ilə zarafat yoluyla çatdırılır. O uşaqları çox istəyirəm. Onlar mənə doğmadırlar.
O biri uşaqların verilişlərinə baxıram. Peşəkarlığı, açıq söz deməyi, tamaşaçını düşündürməyi bacaran Şən və Hazır Cavablar Klubu oldu. Anar Məmmədxanovun ölümündən sonra bu, teatra çevrildi. Tahir və Cabir qardaşlar bunu yaratdılar. Uğurla fəaliyyət göstərirlər, sözlərini deməyi bacarırlar. Sonra “Bu şəhərdə”... Fərda çox təbii aktyordur, “Komedixana”da Xəyaləni bəyənirəm. Ümumiyyətlə oradakı aktyorlar təbiidir. Məsələn, Zarina da. Mütləq onlar məbədgaha girməlidirlər. Məbədgah teatrdır, axund da ən sevilməyən rejissordur. Ola bilməz ki, rejissorun nə dediyini başa düşəsən və ondan qurumuş yarpaq da dərə bilməyəsən. Bizim çox yaxşı rejissorlarımız var, Bəhram Osmanov, Fərahim Fərzəlibəyov, Əsgər Əsgərov... Axundun səsini eşitmək daha yaxşıdır, nəinki özün-özünə improvizə edib, onun cavabını bilməmək. Düz, ya səhv edirəm. Bu, olmaz”.

Son Xəbərlər