![]() |
Haqqımızda
![]() |
RU |
18 Mart 2023
17:40
![]() |
18
Mart 17:40
![]() Bakıda 3 nəfər silahlı saxlanıldı - FOTO/VİDEO Nizami rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən Xəbəroxu.Az-a verilən məlumata görə, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov tutularaq istintaqa təqdim ediliblər. Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı,1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub. Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər. Araşdırma zamanı saxlanılan şəxslərdən biri - Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub. Aşkar edilən faktlarla bağlı Nizami rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. ![]() ![]() ![]() ![]() Məqalə: #Hadisə #nəfər #silahlı #saxlanıldı ANDROID əməliyyat sistemli smartfonlar Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
|