Gündəlik məzənnə

21 İyun 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

12 Noyabra gözlənilən hava proqnozu açıqlanıb


  • 0
12 Noyabra gözlənilən hava proqnozu açıqlanıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

12 Noyabra gözlənilən hava proqnozu açıqlanıb

11 Noyabra gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xeberoxu.Az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°- dək isti, gündüz 4-8° isti olacaq.

Niyaz Hacıyev

Son Xəbərlər