Gündəlik məzənnə

22 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Artıq “Whatsapp” bir neçə Android cihazda istifadə olunacaq - FOTO


  • 0
Artıq “Whatsapp” bir neçə Android cihazda istifadə olunacaq - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Artıq “Whatsapp” bir neçə Android cihazda istifadə olunacaq - FOTO

Uzun müddətdir “Whatsapp”ın bir neçə Android cihazında eyni vaxt istifadə olunması ilə bağlı sınaqlar keçirilirdi. 

 Xəbəroxu.Az xarici mətbuata istinadən xəbər verir ki, artıq bu özəllik Android cihazlarına gəlib. 

Məlumata görə, Companion adlı yeni rejim messencerin Android üçün nəzərdə tutulmuş yeni beta-versiyasında istifadəyə verilib.
Bu rejim messenceri eyni əməliyyat sisteminə sahib smartfon və planşetdə (və ya digər smartfonda) paralel şəkildə işə salmağa imkan verir. 

Ümumilikdə bir Whatsapp hesabına 4 ədəd cihaz qoşmaq mümkündür.

Companion adlı rejimdən faydalanmaq üçün ilk növbədə Whatsapp-ın Android üçün nəzərdə tutulmuş yeni beta versiyasını yükləmək lazımdır. Daha sonra messencer daxilindəki qeydiyyat pəncərəsində “Link a device” bəndini seçmək lazımdır. Sonra istifadə edilən əsas cihazda ayarlara daxil olub “Linked devices” bölməsinə keçid edib QR kod generasiya etmək lazım gələcək.

Generasiya edilmiş QR kod istifadəçi hesabının müxtəlif cihazlarda sixronlaşdırılması üçün istifadə edilir. Daha sonra istifadəsi planlaşdırılan əlavə cihazda “Linked devices” bölməsinə keçid edib əsas cihazdakı QR kodu skan etmək lazımdır. Nəticədə messencer paralel olaraq hər iki cihazda işə düşəcək. Bu funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir. 
WA_COMPANION_MODE_LINK_DEVICE_LARGE_ANDROID_1681220857.jpg 50.35 KB

Son Xəbərlər