Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanda bu xəstəxana təmir olunacaq


  • 0
Azərbaycanda bu xəstəxana təmir olunacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanda bu xəstəxana təmir olunacaq

Gələn il Nizami Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Azərsutikinti xəstəxanasının təmir və yenidən qurulması mümkün olacaq.

 Xəbəroxu.Az trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xəstəxanada bir sıra şöbələr fəaliyyət göstərirdi: “Hazırda isə həmin binada hemodializ şöbəsi işləyir. Burada tibbi xidmətin təşkilində hər hansı çətinlik olmadığından həmin şöbə bundan sonra da fəaliyyətini davam etdirəcək. Həmçinin nefrologiya şöbəsi də eyni qaydada vətəndaşlara xidmət göstərəcək”.

V.Qurbanov əlavə edib ki, həmin xəstəxana əhalinin sıx məskunlaşdığı ərazidə yerləşdiyindən gələn ildən yenidən qurulması nəzərdə tutulur.

Son Xəbərlər