Gündəlik məzənnə

25 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda bu klinikalarda nöqsanlar aşkarlandı


  • 0
Bakıda bu klinikalarda nöqsanlar aşkarlandı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda bu klinikalarda nöqsanlar aşkarlandı

Bakıda fəaliyyət göstərən “Səhhət-M” MMC və “Ayxan İmplant Dent” MMC-yə məxsus klinikalarda ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması halları aşkarlanıb.

Xəbəroxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin keçirdiyi nəzarət tədbirlər zamanı təqdim olunmuş sənədlər əsasında çıxarılmış məhkəmə qərarları ilə həmin müəssisələr barəsində müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyi bir daha mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq “xüsusi icazə” əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladır. Belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

Son Xəbərlər