Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bank BTB 2023-cü ilin birinci rübünü mənfəətlə başa vurdu


  • 0
Bank BTB 2023-cü ilin birinci rübünü mənfəətlə başa vurdu
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bank BTB 2023-cü ilin birinci rübünü mənfəətlə başa vurdu

Bank BTB bu ilin 1-ci rübünü 888 min manat mənfəətlə başa vuraraq, ötən ilin eyni dövrü ilə müqayisədə 127% artım etmişdir.

Hesabat tarixinə aktivlərin cəmi 376 391 min manat təşkil etmişdir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5.49% artım deməkdir.

1-ci rübün nəticələrinə görə faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.72% artaraq 7 251 min manat, faiz xərcləri 4 632 min manat, qeyri-faiz gəlirləri 2.7% artaraq 1 084 min, qeyri-faiz xərcləri 3 582 min olmuşdur. Bununla da əməliyyat mənfəəti 130% artaraq 123 min manat təşkil etmişdir.

Digər göstərici bankın depozit portfelinin artmasıdır ki, qeyd olunan dövrdə bankın müddətli depozit portfeli 135 745 min manat təşkil etmiş, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artmışdır.


1-ci rüb ərzində Bank BTB tərəfindən 20 070 min manat kredit verilmişdir. Ümumi satışın 7%-ni Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditləri, 37%-ni istehlak kreditləri, 33 %-ni sahibkarlıq subyektlərinə verilən kreditlər, 23 %-ni bankın vəsaiti hesabına yaşayış sahəsi olan daşınmaz əmlakın alınması və ya tikintisi məqsədilə fiziki şəxslərə verilən kreditlər təşkil edib.

Bununla da kredit portfeli 1% artaraq 264 375 min manat təşkil etmişdir.

Hesabat dövrünə bankın məcmu kapitalı 55 261.25 min manat təşkil edir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım deməkdir. Bankın ani likvidlik əmsalı 84.17% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 2.5 dəfədən çoxdur.

Nəzərinizə çatdıraq ki, Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Son Xəbərlər