Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bel ətrafının genişlənməsindən hansı xəstəliklər yaranır?


  • 0
Bel ətrafının genişlənməsindən hansı xəstəliklər yaranır?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bel ətrafının genişlənməsindən hansı xəstəliklər yaranır?

Nevrologiya mütəxəssisi Derya Uludüz bel ətrafının genişlənməsindən yaranan xəstəlikləri açıqlayıb.

Xəbəroxu.Az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssis bildirir ki, bel ətrafının genişlənməsi artıq çəki, ürək-damar xəstəlikləri, xərçəng və hətta demans riskini artırır. 

Onun sözlərinə görə, qarın piylənməsi deyilən bel ətrafında piylərin yığılması 2-ci tip şəkərli diabetə də səbəb olur:

“Başqa sözlə desək, bel ətrafı təkcə estetik qayğıların deyil, sağlamlığınızın vacib göstəricisi hesab olunur. Bunun səbəbi, yığılan yağın daxili orqanların ətrafında yerləşməsi və metabolik aktiv olmasıdır. Bu yağlar dərinin altında yığılan və iltihablanma riski yüksək olan yağlardan fərqlidir. Bu yağ toxuması orqanizmdə hormonal balanssızlığa, insulin müqavimətinə və orqanizmdə iltihabın artmasına səbəb olur. Fiziki və ya zehni stressiniz varsa, kortizol stress hormonunuz yüksək ola bilər”.

Son Xəbərlər