Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bu nazirliyin vəzifəli şəxsi 122 min manat mənimsəmədə təqsirləndirilir


  • 0
Bu nazirliyin vəzifəli şəxsi 122 min manat mənimsəmədə təqsirləndirilir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bu nazirliyin vəzifəli şəxsi 122 min manat mənimsəmədə təqsirləndirilir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Şirvan Təcrübə Stansiyasının sabiq direktoru Arzu Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Xəbəroxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verili
Qeyd edilib ki, ibtidai istintaqla Arzu Hacıyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib ona etibar edilmiş 122 min manatdan artıq dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu Hacıyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son Xəbərlər