Bürcünüz yemək olsaydı nə olardı? - Qoz, şaftalı, kartof…
Qadın-kişi fərq etməz, hər kəs həyatında ən azı bir dəfə öz bürcü, onun xüsusiyyətləri ilə maraqlanıb. Astroloqların fikrincə hər bürcün öz xarakterinə uyğun qidası mövcuddur.
Xəbəroxu.Az xarici KİV-ə istinadən bürclər qida olsaydı hansı olardı sualının cavabını sizlərə təqdim edir:
Qoç - İsti şokolad
Cazibədar, canlı və aktiv… Həqiqətən də qoç bürcü mükəmməl isti şokoladdır, lakin onları çox uzun müddət gözlətsəniz, stəkanda soyuq, özlü pudinq qalığına çevrilə bilər. Ona görə də qoç bürcü kimi səbirsizi yoxdur və onu gözlətmək olmaz.
Buğa - Kartof
Buğalar əsl kartofdur. Bu, onların ahəngdar şəxsiyyətlərinə ən çox uyğun gələn yeməkdir. Kartof, salatlardan tutmuş küftələrə, qızartmalara, əsas və yan yeməklərə qədər hər yerdə istifadə olunur. O, demək olar ki, hər yeməyin içinə yaxud da yanında servis edilir. Buna görə, təəssüf ki, kartof da eyniylə buğalar kimi heç də orijinal deyil.
Əkizlər - Ananas
Ananasdan başqa hansı yemək əkizləri belə gözəl təsvir edə bilər? Əkizlər bürcü insanları intellektual olduqları üçün eyniylə nənələrimizin bazar çantalarında görə bilmədiyimiz ananas kimidirlər. Ananas yeyəndə ağızda əvvəlcə şirin, daha sonra acı dad qalır.Eyniylə əkizlər bürcü insanları bəzən ikiüzlü olurlar və bəzilərinin ürəyində acı xatirə buraxırlar.
Xərçəng - Moruqlu Piroq
Xərçənglər ana kimi qayğıkeş və mərhəmətli davranışları ilə tort kimi şirin bir xarakter sərgiləyirlər. Lakin onlar da tort deyillər. Klassik olmaq yerinə, bir az çeşidli meyvə ləzzətləri verən moruq tortuna bənzəyirlər. Tort üst başa, xərçəng isə həyatınıza bulaşdımı qopmaq bilməz. Hər yerə yayılar. İstidə əriyir, dadı dəyişir, eyniylə dəyişkən xərçənglər kimi…
Şir- Meyvə boşqabı
Bilirik ki, səliqəli meyvə boşqabının hazırlanması yaradıcılıq, əl əməyi və bacarıq tələb edir. Yaradıcılıq və yaxşı təşkilatçılıq dedikdə ağlınıza şir bürcü gəlir. Boşqabdakı rəngarəng görüntü də elə onlar kimi şən hiss etdirir.
Qız - kakos
Kakos açılması və yeyilməsi çətin olan bitki növüdür. Kakosu açan vaxt, xırdaçı, diqqətli olmaq lazımdır. Nəzərinizə çatdıraq ki, qızlar da olduqca vasvasıdırlar. Bu bəzən onlar üçün dezavantaja çevrilə bilir.
Tərəzi - brokoli
Brokoli sözünü eşidəndə çoxları “ıyy” deyir. Eyniylə kiminsə bürcünün tərəzi olduğunu öyrəndikdə ətrafındakıların verdiyi reaksiya kimi…
Hər nə qədər dadsız olsalar belə olduqca sağlam qida sayılırlar. Tərəzilər də belədir. Onların da sevimli, şən və uyumlu olduqları məqamlar var.
Əqrəb - Şokoladlı çiyələk
Şokoladlı çiyələk dedikdə göz önünə gözəl dodaqlı qadının çiyələyi şokoladın içinə batırıb dişləməsi səhnəsi gəlir. Bu, göz oxşayan, cazibədar, ehtiraslı, şirin, sevgi simvoluəqrəb kişisidir. Şokolad və çiyələyi birlikdə yeməkdən yorulursansa və yalnız daha şirin şokoladı üstün tutursansa, çiyələk paxıllıq edir, yeməsən, bir-iki günə çürüyür. Bu da əqrəblərin eqoist, paxıl xasiyətini bizlərə xatırladır.
Oxatan - Şaftalı
Şaftalının həm tüklü, həm də tüksüz növü var.Hər damaq dadına xitab edən bu meyvə bizə oxatanı xatırladır. O da girdiyi hər mühitdəki adamlara uyğunlaşa bilir. Şəftəli iki gün qalsa xarab olar, boşalar və ləzzətini itirər. Eyniylə oxatanlar da diqqətsiz qaldıqda asanlıqla soyuya bilirlər.
Oğlaq - Qoz
Qoz deyəndə ağıla gələn ilk şey onun beyinə olan faydasıdır. Qoz beyin hüceyrələri üçün çalışır, eyniylə oğlaqlar kimi… Oğlaq bürcü tanıyanların öyrənəcəkləri ilk şey nə qədər çalışqan və qətiyyətli olmaqlarıdır. Həmçinin oğlaqlar qoz qabığı kimi sərt və dözümlüdürlər.
Dolça - alma
Alma elə meyvədir ki, kimi onu çox sevir, tərifləyir, kimisi isə pisləyir. Eyniylə dolça insanları kimi…
Yer çəkiminin kəşfindən tutmuş, şahzadəni zəhərləyən, hətta Adəmlə Həvvanı cənnətdən qovduran alma və dolçanı bənzədə bildiniz yəqin ki?
Dolçalar da alma kimi, yenilikci, diqqət cəlb edən və eqoist olurlar.
Balıq - Limon
Balıqlar bürclərin ən emosionalı, ən sulu gözlüsüdür, əsl limon kimi… Limon şorbalara dərman, quru yeməklərə məzə, içkilərə təravətləndiricidir. Balıqlar da limon kimi hər işinizə yaraya bilən adamlardır. Üstəlik yaradıcıdırlar. /// baku.ws