Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Dövlət Komitəsi İstanbulda qeyri-qanuni yaşayan vətəndaşlara müraciət edib


  • 0
Dövlət Komitəsi İstanbulda qeyri-qanuni yaşayan vətəndaşlara müraciət edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Dövlət Komitəsi İstanbulda qeyri-qanuni yaşayan vətəndaşlara müraciət edib

Mayın 28-30-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunu`n binasında Türkiyənin İstanbulda qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Xəbəroxu.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) verilməsi və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, pasportların rəsmiləşdirilməsi üçün vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə), doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə), doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün), Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə) təqdim edilməlidir.

Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün doğum haqqında şəhadətnamənin surəti və valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti təqdim edilməlidir. Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Nikahın bağlanması üçün etibarlı ümumvətəndaş pasportunun surəti, subaylıq haqqında arayış, nikahın bağlanması haqqında tərəflərin ərizəsi, Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə) və tibbi müayinədən keçdiyini təsdiq edən arayış təqdim edilməlidir.

Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş) və DNT analizinin nəticəsi, valideynlərin ərizəsi, valideynlərin etibarlı pasportlarının surəti təqdim edilməlidir.

Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün valideynlərin ərizəsi, valideynlərin pasportlarının surəti və doğum haqqında şəhadətnamələrin surəti təqdim edilməlidir.

Son Xəbərlər