Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Əhaliyə cərimələrlə bağlı MÜJDƏ - Bunlar qanunsuzdur - VİDEO


  • 0
Əhaliyə cərimələrlə bağlı MÜJDƏ - Bunlar qanunsuzdur - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Əhaliyə cərimələrlə bağlı MÜJDƏ - Bunlar qanunsuzdur - VİDEO

Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərə yazılmış cərimələr qanunsuzdur. Söhbət kameralar vasitəsi ilə yazılan cərimələrdən gedir.

 Xəbəroxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı belə bir iddia ilə çıxış edib.

Nəqliyyat eksperti bildirib ki, kameralar vasitəsi ilə cərimələrin yazılması təxminən 1 aydır qüvvəyə minib.

“Bu səbəbdən də BNA-nın son 1 aya kimi yazdığı cərimələrin heç bir qanuni əsası yoxdur.”

Nəqliyyat eskperti bildirib ki, hazırda bu cərimilərdən problem yaşayan yüz minlərlə sürücü var. Onlar istər avtomobilin alqı-satqısı, istərsə də texniki baxış zamanı bu cərimələri ödəmək məcburiyyətində qalırlar.

Ekspert bildirib ki, agentlik qanunsuz yazdığı cərimələri nə ləğv edə bilmir, nə də qanuniləşdirə. Bu cərimələr arasında xeyli sayda ödənilənlər də var.

Kanal əməkdaşı məsələ ilə əlaqədar BNA-ilə əlaqə saxlayıb.

Bildirildi ki, Agentliyin balansında olduğu vaxtlarda qanunsuz parklanma nəzarət kameraları vasitəsilə yalnız dayanma-durma qaydalarının pozulması faktı qeydə alınıb.

Qeydə alınan fakt üzrə qərar isə bilavəsitə əməkdaş tərəfindən qəbul olunurdu. Yəni ekspertin də iddia etdiyi kimi qərarlar elektron qaydada qəbul olunmurdu.

“Qurum ekspertin fikirləri ilə razılaşmır və bildirir ki, yazılan cərimələr elektron olmadığı üçün qanunidir”.

Son Xəbərlər