Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Əli Əliyevin partiyası da özünü buraxdı - VİP-in son BƏYANATI


  • 0
Əli Əliyevin partiyası da özünü buraxdı - VİP-in son BƏYANATI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Əli Əliyevin partiyası da özünü buraxdı - VİP-in son BƏYANATI

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.

 Xəbəroxu.Az musavat.com-a istinadən xəbər verir ki, bu, Vətəndaş və İnkişaf Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Sayta göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"Azərbaycanın çağdaş siyasi həyatına 2006-cı il mayın 28-də daxil olan və öz fəaliyyətində dövlət maraqlarını daim əsas tutan, milli ideallara bağlılığını bir an da zəiflətməyən, ölkədə açıq və demokratik cəmiyyət quruculuğu prosesində prinsipial ardıcıllıqla mübarizə aparan Vətəndaş və İnkişaf Partiyası (VİP) 2022-ci ilin dekabrında Milli Məclisdə qəbul olunmuş, 2023-cü ilin yanvar ayında Dövlət Başçısı tərəfindən təsdiqlənən "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul etmişdir.

Vətəndaş və İnkişaf Partiyası fəaliyyət göstərdiyi 17 il ərzində 3 dəfə parlament (2010, 2015, 2020), 2 dəfə isə prezident (2013, 2018) seçkilərində öz namizədi ilə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən noyabrın 8-nə qədər davam edən və işğal altında olan torpaqlarımızın əksər hissəsinin azad olunması ilə nəticələnən Vətən müharibəsində dövlətçilik və milli dəyərlərə uyğun mövqe sərfiləmişdir.
"Siyasi partiyalar haqqında" yeni qanunun işlənməsi və qəbulu prosesinin davam etdiyi, həmçinin qanunun qəbul edildiyi vaxtda VİP sədri Əli Əliyevin həbsdə saxlanılması partiyamızın vəziyyətini digər siyasi təşkilatlarla müqayisədə daha da ağırlaşdırıb və qanuna uyğunlaşma istiqamətində həyata keçirilən fəaliyyətə ciddi əngəl yaratmışdır. Vurğulanan səbəblər üzündən yeni qanunvericiliyə uyğun olaraq, tələb olunan imzaların toplanması mümkün olmaması səbəbindən VİP gələcək fəaliyyətini müzakirəyə çıxarmaq məcburiyyətində qalmışdır.

Yuxarıda qeyd olunanları əsas götürərək, yeni qəbul edilmiş qanundan doğan vəziyyətdə siyasi partiya formasında fəaliyyətin davam etdirilməsinin hüquqi məsuliyyət yaratdığını əsas götürərək, qərara alırıq:
Ölkənin siyasi həyatında 17 il mövcud olan, bu müddət ərzində Millətə, Dövlətə, öz dəyişməz prinsiplərinə heç vaxt arxa çevirməyən Vətəndaş və İnkişaf Partiyasının (VİP) fəaliyyətinə xitam verildiyini bəyan edir, bu şərəfli yolda birgə addımladığımız mübarizə yoldaşlarımıza minnətdarlığımızı bildiririk".

Son Xəbərlər