Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ən çox bu insanlar infarkta meyillidir


  • 0
Ən çox bu insanlar infarkta meyillidir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ən çox bu insanlar infarkta meyillidir

Avropalı kardioloqlar 20 illik tədqiqatın nəticələrini yekunlaşdırıblar.

 Xəbəroxu.Az xarici mediaya istinadla bildirir ki, onlar üzdə çoxlu sayda qırışların yaranması ilə infarkt arasında birbaşa əlaqə olduğunu sübut ediblər. Təcrübədə 32-62 yaş arasında olan 3200 insan iştirak edib.

Başlamaq üçün, eksperimentin bütün iştirakçılarına alnındakı qırışların sayından asılı olaraq 0-dan 3-dək ballar verilib. Təcrübənin 20 ili ərzində 233 nəfər ölüb. Onların heç də hamısı ürək-damar xəstəliklərindən ölməyib. Buna baxmayaraq, tədqiqat nəticə çıxarmağa imkan verib.

Belə ki, alnında çoxlu qırışlar olanlar ürək-damar xəstəliklərindən ümumiyyətlə qırışları olmayanlara nisbətən 10 dəfə çox ölüb. Bunun yaş, cins, təhsil, siqaret, qan təzyiqi və müşayiət olunan xəstəliklərdən asılı olmadığı vurğulanır.

Mütəxəssislər bunun oksidləşdirici stresslə bağlı ola biləcəyini irəli sürürlər. Həm dərinin qocalmasına, həm də aterosklerozun inkişafına təsir göstərir. Bəlkə də qırışların görünüşü damarların yaşlanmasının yalnız erkən əlamətidir.

Son Xəbərlər