Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Həbsdəki Rasim Məmmədovla bağlı YENİ QƏRAR


  • 0
Həbsdəki Rasim Məmmədovla bağlı YENİ QƏRAR
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Həbsdəki Rasim Məmmədovla bağlı YENİ QƏRAR

“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə baxışı başa çatıb.

Xəbəroxu.Az apa-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, Rasim Məmmədov barəsində birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, QHT rəhbəri Rasim Məmmədov 2022-ci ilin fevral ayında həbs olunub.

İttihama görə, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. Ramiz Hüseynov həyətə düşdükdən sonra Rasim Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla şirkətin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Qeyd olunan əmələ görə, Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 221.3(silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov verilmiş ittihamla təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son Xəbərlər