Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İkinci dəfə həbs edilən gömrükçülər yenidən azadlığa çıxdılar


  • 0
İkinci dəfə həbs edilən gömrükçülər yenidən azadlığa çıxdılar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İkinci dəfə həbs edilən gömrükçülər yenidən azadlığa çıxdılar

Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşları Ceyhun Şabanov və Sadiq İsgəndərov azadlığa buraxılıblar.

 Xəbəroxu.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gömrükçülər cəzalarının çəkilməmiş hissəsindən şərti olaraq azad ediliblər.

Yerli məhkəmənin qərarında deyilir ki, məhkumlar dərhal həbsdən buraxılmalıdırlar.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli hökmü ilə Sadiq İsgəndərov və Ceyhun Şabanov məhkəmə zalından azadlığa buraxılmışdı. Sonradan dövlət ittihamçısı hökmdən protest vermişdi.

Bundan sonra Bakı Apellyasiya Məhkəməsində C.Şabanov və S.İsgəndərov barəsində 2 il azadlıqdan məhrumetmə qərarı çıxarılıb, onlar yenidən məhkəmə zalında həbs olunublar.

Son Xəbərlər