Gündəlik məzənnə

19 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İntiqam Babayevə yeni vəzifə verildi


  • 0
İntiqam Babayevə yeni vəzifə verildi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İntiqam Babayevə yeni vəzifə verildi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə İntiqam Babayev Aparat rəhbəri təyin olunub.

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə report-a Qoruq İdarəsindən bildirilib.

Babayev İntiqam Vaqif oğlu 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997-2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Bakı Gənclər Klubunun sədri, 1995-1998-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının sədri olub. İntiqam Babayev 1998-1999-cu illərdə Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyası partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, 2000-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, 2022-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri, 2022-ci ilin dekabr ayının 20-dən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifələrində çalışıb, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayındək İçərişəhər Qoruq İdarəsinin Aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.

İ.Babayev 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Son Xəbərlər