Gündəlik məzənnə

19 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Kamaz"ı yol polisinin üstünə sürən saxlanıldı


  • 0
"Kamaz"ı yol polisinin üstünə sürən saxlanıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Kamaz"ı yol polisinin üstünə sürən saxlanıldı

Yol polisinin qanuni tələblərinə əməl etməyən və yük avtomobilini polisin üzərinə sürən sürücü saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Xəbəroxu.Az-a verilən xəbərə görə, hadisə mayın 24-ü saat 11:50-də Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 47.5-ci km-də qeydə alınıb. “Kamaz” markalı yük avtomobilinin sürücüsü İsmayılov Rövşən Dilən oğlu apardığı yükün çəkisinin müəyyən edilməsi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Lakin, nəqliyyat vasitəsinin tərəziyə çıxarılması barədə göstərişə aqressiv reaksiya verən sürücü Rövşən İsmayılov polisin qanuni tələbini yerinə yetirməkdən qərəzli şəkildə imtina edib və avtomobili polis əməkdaşlarının üzərinə sürməyə cəhd edərək ərazidən uzaqlaşmağa çalışıb.

Görülmüş tədbirlər nəticəsində yük avtomobilinin sürücüsü saxlanılıb və polisin qanuni tələbinə əməl etmədiyinə görə barəsində müvafiq sənədləşmə aparılaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilib.

Son Xəbərlər