Gündəlik məzənnə

20 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Korrupsiya baş verən məktəbdən YENİ XƏBƏR


  • 0
Korrupsiya baş verən məktəbdən YENİ XƏBƏR
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Korrupsiya baş verən məktəbdən YENİ XƏBƏR

Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbdə baş vermiş qanunsuzluqlar barədə cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Baş Prokurorluqdan Xəbəroxu.Az-a verilən məlumata görə, istintaq zamanı Seymur Cəfərovun qeyd olunan məktəbin direktoru vəzifəsini icra etdiyi 2021-2022-ci illər ərzində xeyli miqdarda dövlət vəsaitini mənimsəməsi və vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Cəfərova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 ( qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Son Xəbərlər