Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı


  • 0
Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı

Ötən ilin iyulunda Bakıda yerləşən şadlıq evlərindən birində məşhur tamada, “Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynovun cəzası ağırlaşdırılıb.

 Xəbəroxu.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində M.Hüseynovun hökmdən verdiyi şikayətə, həmçinin prokurorluğun protestinə baxılıb. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun şikayəti təmin edilməyib.

Məhkəmə prokurorluğun protestini təmin edərək onun cəzasını 1 il artıraraq 4 il müddətinə həbs cəzasına məhkum edib.

Birinci instansiya məhkəməsində M.Hüseynovdan şikayətçi olmadığını və qarşı tərəflə barışdığını bildirən Natiq Dağlaroğlu apellyasiya məhkəməsindəki prosesdə iştirak etməyib.

Qeyd edək ki, toydan sonra oğlunu şadlıq evindən götürməyə gedən Natiq Dağlaroğlu orada 1987-ci il təvəllüdlü Məmməd Hüseynov ilə mübahisə yaşayıb və münaqişə zəminində musiqiçi bıçaqlanıb. M.Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Son Xəbərlər