Gündəlik məzənnə

24 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Naxçıvanda dövlət proqramları ləğv edildi


  • 0
Naxçıvanda dövlət proqramları ləğv edildi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Naxçıvanda dövlət proqramları ləğv edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikasının dövlət proqramlarının ləğv edilməsi və icra vəziyyətinin yoxlanılması haqqında fərman imzalayıb.

 Xəbəroxu.Az xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aşağıdakı fərman və sərəncamları ləğv edilsin:

1.1. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 29 mart tarixli 162-V FR nömrəli Fərmanı;

1.2. “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 2 mart tarixli 226-05/S nömrəli Sərəncamı;

1.3. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 fevral tarixli 459-05/S nömrəli Sərəncamı;

1.4. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 17 fevral tarixli 460-05/S nömrəli Sərəncamı;

1.5. “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 mart tarixli 7-06/S nömrəli Sərəncamı;

1.6. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 28 yanvar tarixli 84-06/S nömrəli Sərəncamı;

1.7. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 12 mart tarixli 95-06/S nömrəli Sərəncamı;

1.8. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 15 mart tarixli 96-06/S nömrəli Sərəncamı;

1.9. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 29 mart tarixli 100-06/S nömrəli Sərəncamı;

1.10. “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2022-ci il 15 fevral tarixli 194-06/S nömrəli Sərəncamı.

2. Bu fərmanın 1.1-ci-1.10-cu bəndlərində nəzərdə tutulmuş dövlət proqramlarının 2023-cü il iyunun 1-dək olan icra vəziyyətinin, bu məqsədlə ayrılmış maliyyə vəsaitlərinin düzgün sərf olunmasının, dövlət proqramlarından kənarlaşmaların olub-olmamasının araşdırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasında dövlət proqramlarının icra vəziyyətinin yoxlanılması üzrə Komissiya” yaradılsın.

3. Komissiya:

3.1. Beş ay müddətində dövlət proqramlarının icra vəziyyətinin araşdırılmasını başa çatdırıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat versin;

3.2. Səlahiyyəti daxilində dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu verilməsini və onlardan belə məlumatların alınmasını təmin etsin, habelə müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Son Xəbərlər