Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Naxçıvanda işə qəbulla bağlı müsabiqə elan edilib


  • 0
Naxçıvanda işə qəbulla bağlı müsabiqə elan edilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Naxçıvanda işə qəbulla bağlı müsabiqə elan edilib

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində vakant hüquqşünas vəzifələrinə işə qəbulla bağlı birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək.

Xəbəroxu.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən və elanda göstərilən şərtlərə uyğun gələn namizədlər “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər. Namizədlər iyunun 12-dən iyulun 12-dək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələrinə (www.taxes.gov.az və www.vergi.nakhchivan.az) daxil olaraq yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsahibə iyulun 28-dən başlayaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Müsabiqə Komissiyası tərəfindən aparılacaq.

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatdıqdan sonra nəticələr İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələri vasitəsilə ictimaiyyətə elan ediləcək. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil olunaraq həmin dövr üzrə vakant olan vəzifələrə təyin ediləcəklər. Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbul müsabiqəsində uğur qazanan namizədlərin kadr ehtiyatında saxlanılma müddəti 2 ildir.
Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə www.taxes.gov.az/az/post/2603 linki vasitəsilə daha ətraflı tanış olmaq olar

Son Xəbərlər