Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Nazilə Səfərlidən nazirə: “Üzr istəyirəm, məni məhkəməyə verməyin”


  • 0
Nazilə Səfərlidən nazirə: “Üzr istəyirəm, məni məhkəməyə verməyin”
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Nazilə Səfərlidən nazirə: “Üzr istəyirəm, məni məhkəməyə verməyin”

Tanınmış şairə Nazilə Səfərli ölkəmizdə repetitor xidmətinin ləğvi ilə bağlı müzakirələrə qoşulub.

 Xəbəroxu.Az xəbər verir ki, şairə bu barədə öz instaqram hesabında paylaşım edib.

Belə ki, o, elm və təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayaraq bildirib ki, məktəblərdə müəllimlərin əməkhaqqı qalxsın:

“Repetitor ləğv olunmalıdır”, - deyənlərə sözüm var. Yaxşı olardı ki, məktəblərdə müəllimlərin əməkhaqqı qalxsın və ən yüksək tədris tələb olunsun. Repetitorlar göydən düşməyiblər ki?! Eyni müəllimlərdir, məktəbdə enerji xərcləmirlər, dərsdən sonra hər şagird məcbur qalıb aylıq 50 AZN ödəyib repetisiyasını edir.

Cənab nazir, çözüm aşkar ortadadır. Müəllimi dəyərləndirin və tələb edin. Görün, onda hansı valideyn uşağının boğazından kəsib repetitora verəcək. 

Metodikası yüksək müəllimlər özəl məktəblərə transfer olunur. Çünki maaş yüksəkdir. Elə edin ki, geri qayıtsınlar. Onda da özəl məktəblərin sahibləri və daha kimlərin qəzəbinə tuş gələcəksiniz. Bu, mənim şəxsi fikrimdir. Həddimi aşdımsa, bəri başdan üzr istəyirəm, məni məhkəməyə verməyin”.


Son Xəbərlər