Gündəlik məzənnə

24 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Paltar alarkən nələrə diqqət etməliyik?


  • 0
Paltar alarkən nələrə diqqət etməliyik?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Paltar alarkən nələrə diqqət etməliyik?

Cinsindən asılı olmayaraq hər il paltar alış-verişinə yüksək məbləğdə pul xərclənir. Xüsusilə, bir il dəbdə olan geyimlərin gələn il köhnəldiyini, dəblə uyğunlaşmadığını görə bilərik. Bu isə pulumuzu boş yerə xərclədiyimiz fikrinə gətirib çıxarır. Bəs, xərclədiyimiz pula görə peşman olmamaq üçün nələrə diqqət etməliyik?

 Xəbəroxu.Az xarici mətbuata istinadən heç vaxt pul xərcləməməli olduğunuz moda trendlərini təqdim edir.

Bir dəfəyə məxsus geyimlər

Toy, nişan və ya məzuniyyət üçün qəşəng görünən, gözqamaşdıran, daş-qaşlı, bahalı uzun və ya qısa libas almaqdan uzaq dayanmaq lazımdır. Çünki bu tip paltarları bir dəfədən çox geyinilmir. Bu o deməkdir ki, verdiyiniz bütün pullar şkafda gözləyir. Xüsusi hallar üçün dəyişə biləcəyiniz, daha sərfəli paltar və parçalara üstünük verin. Bu yolla siz həmin parçanın formasını dəyişdirə və bir dəfədən çox geyinmə şansı əldə edə bilərsiniz.

Ucuz mallara aldanmayın!

Alış-verişdə edilən ən böyük səhvlərdən biri də qarderob yaratmağa çalışarkən edilən səhv alış-verişdir. Qiyməti münasibdir deyə bir köynəyin 5 rəngini və yaxud bir şalvarın bir-neçə formasını almaq "Ucuz qiymətə çoxlu geyim aldım" deyə düşünülsə də, bu pulu düzgün xərcləməyin əsas göstəricilərindəndir.

Neon rənglərlə vidalaşın

Neon parçalar sürətlə dəbə gəlib, sürətlə də dəbdən düşən moda trendlərindən biridir. Neon rəngləri və parçaları çox sevə bilərsiniz, amma yadda saxlamalısınız ki, trend çox tez yox olur və siz bu parçaları uzun müddət geyinə bilməzsiniz. Bu rənglər xoş görünsə də, bir müddət sonra gözyorur.

Naxşılı parçalara diqqət edin!

Hər il yeni naxışlarla dizayn edilmiş geyimlərin şahidi oluruq. Lakin növbəti il isə həmin naxışların köhnəldiyi görürük. Amma elə bir naxış var ki, heç vaxt köhnəlmir, onu geyinəndə köhnəlmiş görünmür. Söhbət çiçəkli paltar və parçalardan gedir. Diqqət etsəniz, hər il bir çox brendlərin kolleksiyalarında müxtəlif formalarda bir neçə ədəd gül naxışlarına rast gəlmək mümkündür. 

Balaca çantalar...

Qadın çantaları son vaxtlar çox dəyişib. Makiyaj əşyaları, pul kisələri, açarlar və daha çox şey qoyulan çantalar artıq, "mikro" ölçülü çantalarla əvəzlənib. Fotolarda çox estetik görünən bu çantalar yalnız görüntüyə xidmət edir. Elə isə cüzdanınızı belə qoya bilməyəcəyiniz çantaya niyə bu qədər pul xərcləyirsiniz?

Son Xəbərlər