Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qadınlara qarşı artan zorakılığ: "Məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir"


  • 0
Qadınlara qarşı artan zorakılığ: "Məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qadınlara qarşı artan zorakılığ: "Məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir"

Qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cinslər arasında aparılan bərabər bölgülərin ədalətsizliyi nəticəsində yaranır. Müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər əksər hallarda öz mövqelərindən, eləcə də, onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə ediblər. Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin isə əsasən, ailədaxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir.
Cəmiyyətimizdə qadınların zorakılığı artır. Çox əfsuslar olsun ki, son zamanlarda bu daha da çoxalır.
Bütün hallarda cəmiyyətin ailə, qadın seferasına güclü təsir edir. Zorakılığın qarşısını necə ala bilərik? Problemin həll yolları hansılardır? Cəmiyyətimizi bu bəladan necə xilas edə bilərik?

Mövzu ilə bağlı Xeberoxu.Az-a danışan Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova açıqlayıb ki, bu gün məişət zorakılığı bütün dünyanın diqqətindədir. 

"Əfsuslar olsun ki, ölkəmizdə də belə hallar var. Bu gün əsas məsələ cinayət hadisələrinin baş verməməsi üçün icra mexanizmlərinin daha da gücləndirilməsidir. Qeyd etmək lazımdır ki, Azərbaycanda məişət zorakılığının qarşısının alınması, zorakılığa məruz qalanlarla, zorakılığı törədənlərlə iş aparılır. Məişət zorakılığı baş verdikdə zərərçəkən şəxs, və ya ailənin digər üzvü, qohum, qonşu, bələdiyyə, icra nümayəndəliyi, QHT nümayəndəsi tərəfindən dərhal Daxili İşlər Nazirliyinin  nəzdində fəaliyyət göstərən “102” xidmətinə, Təcili Tibbi Təxirəsalınmaz Yardımın “103”,  Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə İdarəsinin “152” xidməti zəng mərkəzlərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860”  və Azərbaycan Respublikasının Baş Prokurorluğunun “961”çağrı mərkəzinə müraciət edə bilər".

Milli Məclisin deputatı H.Hüseynova bildirib ki, hal hazırda ölkəmizdə məişət zorakılığının qurbanları üçün sığnacaqlar yetərli deyil.

"Lakin bu sahədə işlər görülür. Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiyadan keçən qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Eyni zamanda, bu yaxınlarda Nazirliyin nəzdində dövlət sığınacaq mərkəzi yaradılıb. Bütün yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Təcrübə göstərir ki, məişət zorakılığının baş vermə səbəblərini, onun nəticə və fəsadlarının qarşısının alınması, həlli istiqamətində dövlət və cəmiyyətin birgə təşəbbüs göstərməsi mühüm əhəmiyyət kəsb edir. Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva vaxtı ilə millət vəkili kimi əsaslı şəkildə çıxışlar edərək “Məişət zorakılığının  qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi üçün təşəbbüslər göstərdi. Və nəhayət 2010-cu ildə bu Qanun qəbul edildi".

Parlamentin üzvünün sözlərinə görə,  Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bizim bu istiqamətdə bir sıra nəticələr əldə etməyimizə müsbət təsir göstərəcək.

"2020-ci ilin noyabr ayında cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı təsdiqlənmişdir. Bu Planın icrasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin Sərəncamı da mövcuddur. Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bizim bu istiqamətdə bir sıra nəticələr əldə etməyimizə müsbət təsir göstərəcəkdir. Xüsusilə də, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, xidmətlərə çıxışın əlçatan olması sahəsində mühüm işlər görülməlidir. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması da qarşıda dayanan məsələlərdəndir. Bunun üçün həm yerli qanunvericiliyin təhlili aparılmalı, müsbət beynəlxalq təcrübə öyrənilməlidir. Qeyd etdiyim kimi, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı”nındın irəli gələrək Milli Məclisin Ailə, qadın və uşaq məsələləri  Komitəsi olaraq biz də bu sahədə öz töhfəmizi verməyə çalışırıq. Komitəmiz tərəfindən keçirilən dinləmələr zamanı bu mövzularda müzakirələr aparılmışdır. Millət vəkilləri, vətəndaş cəmiyyəti, dövlət qurumları tərəfindən müəyyən fikirlər səsləndirilib".

Millət vəkili hesab edir ki, insan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması Hökumətin əsas prioritetlərdir. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı ciddi hüquq pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir",-deyə o qeyd edib.

Zahra Cəfərova
Xeberoxu.Az 

Son Xəbərlər