Gündəlik məzənnə

30 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarının nümayiş olunduğu sərgi.


  • 0
Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarının nümayiş olunduğu sərgi.
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarının nümayiş olunduğu sərgi.

Azərbaycan Respublikasının Dövlət Turizm  Agentliyi, Mingəçevir Turizm Kollecində “Zəfər Günü” nə həsr olunmuş Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarından ibarət sərgi təşkil edilib. Açıq hava şəraitində təşkil olunmuş sərgidə əllidən çox şəhidin şəxsi əşyaları nümayiş etdirilib. 
Sərgidən əvvəl, şəhid valdeyinləri ilə çay masası arxasında səmimi görüş keçirilib. 
“Zəfər Günü” nün 4-cü ildönümünə həsr olunmuş sərgidə ilk öncə,  Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş “Birinci Qarabağ müharibəsi”, “Aprel döyüşləri”, “İkinci Qarabağ müharibəsi” və “Antiterror əməliyyatlarında” şəhid olmuş igidlərimizin əziz ruhuları bir dəqiqəlik sükutla yad edilib . Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Sərginin açılışında ilk söz Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədova verilib.  Kamal Əhmədov sərginin ərsəyə gəlməsində köməklik göstərən şəhid valdeyinlərinə kollektiv və öz adından dərin minnətdarlığını bildirib. Çıxışının davamında Kamal Əhmədov bizi zəfərə aparan tarixi, şərəfli yol haqqında məlumat verib. 
Daha sonra söz tədris işləri üzrə direktor müavini Aynurə Abbasovaya verilib. Aynurə Abbasova çıxışında kollecin tələbələrinin vətəninə, xalqına layiqli, dövlətinə və dövlətçiliyinə sədaqətli vətəndaş kimi yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında danışıb. Təşkil olunmuş sərginin də məhz bu məqsədə xidmət etdiyini bildirib. 
Çıxışları davam etdirən kollecin tədris şöbəsinin müdiri, tarix müəllimi Ceyhun Abdullayev dörd il əvvəl qazanılan bu qələbənin tarixdə analoqunun olmadığını və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. 
Çıxışların sonunda kollecin  müəllimi, "İkinci Qarabağ müharibəsi" iştirakçısı Muraz Məmmədov öz döyüş xatirələrindən, müharibə günlərində xalqımızın nümayiş etdirdiyi birlik, bərabərlik və bunun döyüşçülərdə yaratdığı ruh yüksəkliyi haqqında danışıb. 
 Daha sonra sərgi açıq elan edilib. Sərgi iştirakçıların böyük marağına səbəb olub.  Şəhid valdeyinləri stendlərə yaxınlaşan gənclərə öz övladları və onların döyüş yolu barədə ətraflı məlumat  verib .
   Hər biri bir tarix olan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Bu qəhrəmanları yetişdirən valideynlərin qarşısında baş əyirik. 
 

Son Xəbərlər