Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qatlana bilən Xiaomi Mix Fold 3 barəsində YENİ XƏBƏR


  • 0
Qatlana bilən Xiaomi Mix Fold 3 barəsində YENİ XƏBƏR
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qatlana bilən Xiaomi Mix Fold 3 barəsində YENİ XƏBƏR

Bir çox şirkətlər kimi Xiaomi də öz yeni qatlana bilən smartfonu üzərində çalışır.

Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət, Xiaomi Mix Fold 3-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfon barəsində yeni məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Xiaomi Mix Fold 3 smartfonu dördlü arxa kamera ilə təchiz olunacaq. Onlardan biri 50 MP-lik əsas arxa kamera, ikincisi ultragenişbucaqlı kamera obyektivi, üçüncüsü 3.2 qat zoom özəlliyinə sahib kamera obyektivi, dördüncüsü isə 5 qat zoom özəllikli periskop kamera obyektivi olacaq.

Bununla yanaşı smartfon 67 vatt gücündə sürətli naqilli şarj texnologiyasının və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcək. Xiaomi Mix Fold 3-ün Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı güman edilir. Nəzərə alsaq ki, Xiaomi Mix Fold 2 modeli keçən ilin avqust ayında təqdim olunmuşdu, Xiaomi Mix Fold 3-ün də bu ilin avqust ayında və ya sentybar ayının əvvəlində təqdim olunacağı gözlənilir

Son Xəbərlər