Gündəlik məzənnə

23 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qaz sabah bu yerlərdə olmayacaq


  • 0
Qaz sabah bu yerlərdə olmayacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qaz sabah bu yerlərdə olmayacaq

Saat 09:30-dan payız-qış mövsümünə hazırlıqla əlaqədar “Yeni Binə 3 xətt” ölçü qovşağından Binə qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan “Zəyəm” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində cari təmir-bərpa işləri və “Keşlə” QPS-dən qidalanan “Şüşə” orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin əvəz olunması məqsədi ilə adıçəkilən ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Xeberoxu.Az
xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin, Xocalı prospektinin və M. Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin, eləcə də Şəmkir rayonunun 1 hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son Xəbərlər