Gündəlik məzənnə

24 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Rasim Məmmədovun cəzası yüngülləşdirildi


  • 0
Rasim Məmmədovun cəzası yüngülləşdirildi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Rasim Məmmədovun cəzası yüngülləşdirildi

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 Xəbəroxu.Az trend-ə istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən bugünkü iclasda qərar elan olunub. Qərara əsasən Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb.

Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.

Son Xəbərlər