Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Rəşad Dağlı məhkəmədə özünü təqsirli bilməyib


  • 0
Rəşad Dağlı məhkəmədə özünü təqsirli bilməyib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Rəşad Dağlı məhkəmədə özünü təqsirli bilməyib

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Xəbəroxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin meyxanaçı dostları iştirak edib.
İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Rəşad Dağlı özünü təqsirli bilməyib. O, şahid dindirilməsindən sonra geniş ifadə verəcəyini deyib.

Zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev isə Rəşad Dağlıdan şikayətçi olmadığını söyləyib.

Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.



Son Xəbərlər