Gündəlik məzənnə

19 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək


  • 0
Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Mayın 14-ə olan hava proqnozu açıqlanıb.

Milli Xidmətindən Xəbəroxu.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.

Son Xəbərlər