Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sabah əsl yay havası olacaq - Hava proqnozu


  • 0
Sabah əsl yay havası olacaq - Hava proqnozu
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sabah əsl yay havası olacaq - Hava proqnozu

İyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Bu barədə Xəbəroxu.A-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Mülayim cənub küləyi gecəyə doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-32° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.

Son Xəbərlər