Gündəlik məzənnə

15 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sabaha gözlənilən hava proqnozu açıqlanıb


  • 0
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

1 Noyabra gözlənilən hava proqnozu açıqlanıb.

Xeberoxu.Az
xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

 Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.

Niyaz Hacıyev 

Son Xəbərlər