Gündəlik məzənnə

16 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sabahın HAVA PROQNOZU


  • 0
Sabahın HAVA PROQNOZU
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sabahın HAVA PROQNOZU

Aprelin 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xəbəroxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

Son Xəbərlər