Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sarayda küçə lampalarına uzun müddətdən sonra elektrik enerjisi verilib


  • 0
Sarayda küçə lampalarına uzun müddətdən sonra elektrik enerjisi verilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sarayda küçə lampalarına uzun müddətdən sonra elektrik enerjisi verilib

Abşeron rayonu, Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsində quraşdırılmış dirəklərdəki işıq problemi aradan qaldırılıb.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Report-un yerli bürosuna qəsəbə sakinləri məlumat verib.

Əraziyə yol boyu quraşdırılan işıq dirəklərinin lampalarına uzun müddətdən sonra ilk dəfə elektrik enerjisi verilib.

Sakinlər deyib ki, uzun illərdən sonra əraziyə işıq dirəkləri quraşdırılsa da, lampalar elektrik enerjisinə qoşulmadığından küçə bir müddət qaranlıq olub. Buna görə də yolda mütəmadi olaraq yol qəzaları, piyada vurma hadisələrinə rast gəlinib. Onlar dəfələrlə aidiyyəti qurumlara küçənin işıqlandırılması ilə bağlı müraciət etsələr də, sakinlərə heç bir cavab verilməyib.

Bir müddət əvvəl qəsəbə sakinlərinin müraciətindən sonra onların problem dərc olunub və bundan sonra aidiyyəti qurumlar işıq dirəklərindəki lampaların elektrik enerjisinə qoşulmamasının səbəbini açıqlayıb.

Həmin vaxt qeyd edilib ki, Mikayıl Müşfiq küçəsində təmir-abadlaşdırma işləri həyata keçirilir deyə, təhlükəsizlik baxımından küçə işıqları qoşulmayıb. Amma qısa müddət ərzində problemin aradan qaldırılacağı və ərazinin işıqlandırılacağı bildirilib.

Artıq ötən gündən etibarən işıq dirəkləri işlək vəziyyətə gətirilib və bununla da Mikayıl Müşfiq küçəsi işıqlandırılıb.

Son Xəbərlər