Gündəlik məzənnə

19 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Şəhid xanımı oğlu ilə birlikdə universitetə qəbul olub - Fotolar


  • 0
Şəhid xanımı oğlu ilə birlikdə universitetə qəbul olub - Fotolar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Şəhid xanımı oğlu ilə birlikdə universitetə qəbul olub - Fotolar

Xəbər verdiyimiz kimi, dünən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb.

Ali məktəbə qəbul olanlar arasında Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı və oğlu da var. Şəhidimizin oğlu Orucov Əlihəsən Nail oğlu Memarlıq və İnşaat Universitetinə, xanımı Ağamalıyeva Nigar isə Bakı Dövlət Universitetinə daxil olub.

Xeberoxu.Az xəbər verir ki, Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Modern.az-a açıqlamasında çox həyəcanlı, xoşbəxt olduqlarını bildirib. 

“Çox xoş oldu. Bu anı çoxdan gözləyirdik. Fikirlərimi sözlərlə ifadə edə bilmirəm. Çox həyəcanlıyıq. Mən 230 balla Bakı Dövlət Universitetinin filologiya ixtisasına daxil oldum. Oğlum 371 balla Memarlıq və İnşaat Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinə  qəbul olub. Şəhidimizin də ruhu şaddır ki, biz bu pilləyə çatmışıq", - o deyib.

Nigar Ağamalıyeva çoxdankı yarımçıq arzusunu bu dəfə oğlu ilə birlikdə tamamlayacağını deyib.

“Mənim 3 övladım var, bu yola çıxdım ki, uşaqlarıma dəstək olum. Bizim yaşam tərzimiz artıq dəyişib. Gərək biz də güclü olaq ki, uşaqlarımız da bizə baxıb ilham alsınlar, güclü olsunlar. Ali məktəbə daxil olmuşdum, sadəcə başa çatdıra bilmədim, problemlər oldu, yarıda qaldı. Çoxdankı, arzum idi. Bu dəfə təhsilimi davam etdirəcəm, övladımla bərabər”, - şəhidimizin xanımı qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub, Astara rayonunda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nail Orucov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Son Xəbərlər