Gündəlik məzənnə

19 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Şəkidə taxıl sahələri məhv olmaq üzrədir - VİDEO


  • 0
Şəkidə taxıl sahələri məhv olmaq üzrədir - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Şəkidə taxıl sahələri məhv olmaq üzrədir - VİDEO

Şəkidə dəmyə üsulu ilə əkilən taxıl sahələri məhv olmaq üzrədir.

Səbəb yağıntının az olmasıdır.

Şəkinin Çayqaraqoyunlu və ətraf kəndlərində yüzlərlə hektar səhədə taxıl bitkiləri quruyaraq məhv olmaq təhlükəsi ilə qarşılaşıb.

Fermerlərin sözlərinə görə, keyfiyyətli toxumdan istifadə ediblər. Bütün aqrotexniki qaydalara əməl olunub. Qış aylarında yaşanan quraqlıq, xüsusilə küləkli günlərin çox olması səbəbindən taxıl sahələri yararsız hala düşüb.

Fermerlər deyirlər ki, bənzər vəziyyət 5 kənddə 50 min hektara yaxın sahədə müşahidə edilir.

Məsələ ilə bağlı Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, havalar həddən çox quraq və yağmursuz keçdiyinə görə əkilən taxılın böyük hissəsi məhv olub. Müraciətlərdən sonra Mərkəzin mütəxəssisləri həmin ərazilərdə monitorinqlərə başlayıb. Nəticəsi barədə fermerlərə məlumat veriləcək.

Son Xəbərlər