Gündəlik məzənnə

22 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Şimali Kipr prezidenti: Azərbaycan bizə ən yaxın ölkələrdəndir


  • 0
Şimali Kipr prezidenti: Azərbaycan bizə ən yaxın ölkələrdəndir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Şimali Kipr prezidenti: Azərbaycan bizə ən yaxın ölkələrdəndir

Bu gün Azərbaycanda olmaqdan məmnunuq. Azərbaycanda bizə qonaqpərvərlik göstərən dövlət nümayəndələrinə, qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu gün mənimlə birgə nümayəndə heyətinin tərkibində gələn 200-dən çox insanla birgə Bakıda keçirilən “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində müxtəlif tədbirlərdə iştirak edirik. Bu tədbirləri təşkil edən Azərbaycanın dövlət nümayəndələrinə təşəkkür edirik. Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Azərbaycan bizim ikinci Vətənimizdir, bizə ən yaxın dost ölkələrdən biridir.
 Xeberoxu.Az xəbər verir ki, bunu oktyabrın 13-də Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar jurnalistlərə müsahibəsində bildirib.
“Azərbaycanın Qarabağda Qələbəsi həm də bizim Zəfərimizdir. Mən bir daha Azərbaycan xalqına öz ehtiramımı çatdırmaq istəyirəm. Səfərimizi işıqlandırdığı və vaxt ayırdığı üçün Azərbaycanın bütün mətbuat təmsilçilərinə təşəkkür edirəm. Dünyanın hər yerində ölkəmizi təbliğ etməyə çalışırıq. Azərbaycan mediası səsimizi dünyaya çatdıraraq bu işdə bizə kömək edir”, - deyə Ersin Tatar vurğulayıb.

Niyaz Hacıyev 

Son Xəbərlər